Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp ikitərəfli görüş zamanı Ukrayna böhranını və iki ölkə arasındakı münasibətləri müzakirə ediblər. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Çinin Şençjen şəhərində jurnalistlərə açıqlamasında bildirib.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutan danışıqların 30-40 dəqiqə davam etdiyini deyən Yuri Uşakov görüşün detallarını bölüşüb:
"Liderlər üçtərəfli görüşə hazırlıqları və ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri nəzərdən keçiriblər. Əlbəttə ki, Ukrayna böhranının həlli prosesi də gündəmdə olub. Bu təmas qarşıdakı üçtərəfli sammitdən əvvəl hazırlıq xarakteri daşıdığı üçün heç bir mühüm bəyanat verilməyib".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpinin iştirakı ilə üçtərəfli görüş bu gün baş tutacaq.