Ermənistan rəsmisi dekabrda Azərbaycana səfər edəcək.
Erməni KİV-ə istinadən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.
Simonyan səfərin Bakıya deyil, Azərbaycanın başqa bir şəhərinə nəzərdə tutulduğunu bildirib.
"Gələn ay mənim Azərbaycana səfərim olacaq. Ancaq Bakıya deyil. Hikmət Hacıyev Ermənistana gəldiyi üçün indi də mən getməliyəm", – deyə o qeyd edib.