Alim Qasımovun ifası məşhur GTA oyununda - Video

Xalq artisti, muğam ustadı Alim Qasımov və qızı Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənir.

Oxu.az-a istinadla, oyunun "Kaleidoscope FM" radiostansiyasında səslənən musiqilər arasında sənətçilərin "Say It Right" mahnısına muğam interpretasiyası da var.

Sözügedən ifa Alim Qasımov və Fərqanə Qasımova tərəfindən illər əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim edilib.

GTA 6-nın "Kaleidoscope FM" radiostansiyası müxtəlif ölkələrdən olan musiqiçilərin məşhur mahnılara fərqli musiqi üslublarında hazırladıqları interpretasiyaları bir araya gətirir. Beləliklə, stansiyada populyar mahnıların qeyri-ənənəvi ifa versiyaları səsləndirilir.