Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycan və İraq türkmanlarını birləşdirən ortaq tarixi irs yalnız dil və mədəniyyətlə məhdudlaşmır, eyni zamanda dövlətçilik ənənələrində və siyasi tarixdə də özünü göstərir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.O bildirib ki, tarixi təcrübə Azərbaycan dövlətçiliyinin gücləndiyi dövrlərlə İraq türkmanlarının regiondakı mövqeyinin yüksəldiyi mərhələlər arasında müəyyən bağlılığın olduğunu göstərir. “Azərbaycan mərkəzi dövlətçiliyi qüdrətləndikdə İraq türkmanları da yaşadıqları coğrafiyada siyasi və ictimai baxımdan nüfuzlu mövqelərə yüksəliblər. Əksinə, xarici qüvvələrlə mübarizə nəticəsində Azərbaycan dövlətçiliyinin zəiflədiyi dövrlərdə İraqda yaşayan soydaşlarımızın da mövqeyinə mənfi təsirlər yaranıb. Bu tarixi paralellər Azərbaycan və İraq türkmanlarının taleyinin bir-birindən ayrı olmadığını, ortaq siyasi və mədəni irsə söykəndiyini nümayiş etdirir", - deyə səfir bildirib. Fotoqraf - Aydın Məmmədov