Yüksək vəzifəyə təyin olunan Ceyhun Cəfərov kimdir? - DOSYE

"Suraxanı Oil" Əməliyyat Şirkətində yeni təyinat baş tutub.

Ceyhun Cəfərov "Suraxanı Oil" Əməliyyat Şirkətində Texniki xidmət departamentinin direktoru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2025-ci ilin noyabrından “Facility Management Group”da (FMG) texniki xidmət üzrə menecer vəzifəsində çalışıb.

Ceyhun Cəfərov 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “BOC” şirkətində Texniki xidmət departamentinin direktoru, 2023-cü ilin iyunundan 2024-cü ilin yanvarınadək isə “Balakhani Operating Company”də aparıcı texniki xidmət üzrə nəzarətçi olub.

O, 2011-ci ilin avqustundan 2023-cü ilin iyulunadək “SOCAR AQS”də müxtəlif vəzifələrdə çalışıb. Belə ki, 2022-ci ilin iyunundan 2023-cü ilin iyulunadək aparıcı texniki xidmət üzrə nəzarətçi, 2020-ci ilin martından 2022-ci ilin mayınadək texniki xidmət üzrə superintendant, 2011-ci ilin avqustundan 2020-ci ilin martınadək isə dəniz obyektləri üzrə texniki xidmət nəzarətçisi vəzifələrini icra edib.

Ceyhun Cəfərov əmək fəaliyyətinə 2009-cu ilin noyabrında “Azərsun Holding”də proseslərə nəzarət üzrə müfəttiş kimi başlayıb və 2011-ci ilin iyulunadək burada çalışıb. /Yurd.Media/