Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:09-da baş verib, dərinliyi isə 45 km olub.
Zəlzələ hiss olunmayıb.