Naxçıvan, 19 noyabr, AZƏRTAC Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 10 435 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyat sayında 20,8 faiz artım müşahidə olunub. Qeydiyyata alınan əmlaklardan 4785-i torpaq sahəsi, 3926-sı fərdi yaşayış və bağ evi, 1302-si mənzil, 203-ü qeyri-yaşayış sahəsi, 203-ü qeyri-yaşayış binası, 16-sı isə əmlak kompleksidir.Cari ilin 10 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2 milyon manatdan artıq xidmət haqqı daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 min manat və ya 5,5 faiz çoxdur. Müxbir - Nail Əsgərov