Gəncin kanalizasiyaya düşüb ölməsinə görə təqsirləndirilən vəzifəli şəxsə hökm oxundu

Bakının Nərimanov rayonundakı "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpaya dair sahə rəisi Azər Cümşüdovun məhkəməsi yekunlaşıb.