Türkiyənin keçmiş naziri həbsxanada huşunu itirdi

“Fond istintaqı” kimi tanınan iş üzrə həbsdə saxlanılan Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya noyabrın 18-də Silivri həbsxanasındakı kamerasında huşunu itirib.

O, xəstəxanaya çatdırılıb, müayinələrdən və tibbi müdaxilədən sonra səhhətinin yaxşı olduğu bildirilib.

Müalicəsi başa çatdıqdan sonra Kaya yenidən həbsxanaya qaytarılmaq üçün xəstəxanadan buraxılıb.

Qeyd edək ki, keçmiş nazir noyabrın 6-da İstanbul Baş Prokurorluğunun kapital bazarındakı əməliyyatlarla bağlı apardığı istintaq çərçivəsində saxlanılıb.

O, “Kapital bazarı haqqında” qanunu pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda ittiham olunur.