“Apple” şirkəti flaqman smartfonlarının konstruksiyasında yenidən titan materialdan istifadə edə bilər.
Bu barədə “Fixed Focus Digital” məlumat yayıb.
Məlumata görə, gələcək “iPhone 20 Pro” modeli titan elementlərdən hazırlanmış, kənarları yumrulaşdırılmış korpus əldə edəcək.
Artıq bu konstruksiyanın ilkin mühəndislik işlərinə başlanılıb.
Qeyd edək ki, “Apple” “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərindən etibarən titan əvəzinə alüminiumdan istifadə etməyə başlayıb.
İnsayderin sözlərinə görə, yeni çərçivənin konstruksiyası “iPhone Air” modelini xatırladacaq, lakin daha yumru formaya malik olacaq.
Bundan əvvəl “Apple” şirkətinin 20 illik yubileyi münasibətilə dörd yeni “iPhone” modeli hazırladığı barədə məlumat yayılmışdı.
Onlardan ikisinin bütün kənarları yumrulaşdırılmış şüşə korpusla təchiz oluna biləcəyi bildirilirdi.
“iPhone 20” seriyasının 2027-ci ilin sentyabrında təqdim edilməsi gözlənilir.flaqman smartfonlarının konstruksiyasında yenidən titan materialdan istifadə edə bilər.
Bu barədə “Fixed Focus Digital” məlumat yayıb.
Məlumata görə, gələcək “iPhone 20 Pro” modeli titan elementlərdən hazırlanmış, kənarları yumrulaşdırılmış korpus əldə edəcək.
Artıq bu konstruksiyanın ilkin mühəndislik işlərinə başlanılıb.
Qeyd edək ki, “Apple” “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərindən etibarən titan əvəzinə alüminiumdan istifadə etməyə başlayıb.
İnsayderin sözlərinə görə, yeni çərçivənin konstruksiyası “iPhone Air” modelini xatırladacaq, lakin daha yumru formaya malik olacaq.
Bundan əvvəl “Apple” şirkətinin 20 illik yubileyi münasibətilə dörd yeni “iPhone” modeli hazırladığı barədə məlumat yayılmışdı.
Onlardan ikisinin bütün kənarları yumrulaşdırılmış şüşə korpusla təchiz oluna biləcəyi bildirilirdi.
“iPhone 20” seriyasının 2027-ci ilin sentyabrında təqdim edilməsi gözlənilir.