Astana, 20 noyabr, AZƏRTAC 2027-ci il yanvarın 27-də Qırğızıstanda keçiriləcək prezident seçkilərində səs vermək üçün Azərbaycanda da seçki məntəqəsi yaradılıb. AZƏRTAC Qırğızıstan Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasına istinadla xəbər verir ki, ölkə hüdudlarından kənarda ümumilikdə 33 dövlətdə 74 seçki məntəqəsi təşkil edilib.Ən çox seçki məntəqəsi Rusiyada yaradılıb – 20. Qazaxıstan və Türkiyənin hər birində altı, Amerika Birləşmiş Ştatlarında isə beş seçki məntəqəsi açılıb.Mərkəzi Seçki Komissiyası bildirib ki, xarici ölkələrdə əlavə seçki məntəqələrinin açılması istiqamətində işlər davam etdirilir. Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana