Türkiyədə “Akkuyu” AES-in ilk reaktoru tezliklə istifadəyə veriləcək

Türkiyədə Rusiyanın iştirakı ilə inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk reaktorunun yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

Bunu Rusiyanın Ankaradakı səfiri Sergey Verşinin TASS-a açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, “Akkuyu” AES iki ölkə arasında nüvə energetikası sahəsində əməkdaşlığın ən mühüm layihələrindən biridir və tikinti işləri sürətlə davam edir.

“İlk reaktorun yaxın vaxtlarda istifadəyə veriləcəyinə ümid edirik. Hesablamalara görə, bu reaktor təxminən 3-4 milyon insanı elektrik enerjisi ilə təmin edə biləcək”, – səfir qeyd edib.

Verşinin vurğulayıb ki, stansiyanın ilk enerji blokunun istismara verilməsi Türkiyədə nüvə energetikasının inkişafı baxımından mühüm mərhələ olacaq.