ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Xarici mediaya istinadən, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşdən əvvəl Putinlə məhsuldar danışıqlara ümid etdiyini bildirib.
Danışıqlar başlamazdan əvvəl liderlər əl sıxışıblar. Tramp Rusiya Prezidenti ilə əla münasibətlərinin formalaşdığını qeyd edib.
"Biz bir-birimizi artıq uzun illərdir, tanıyırıq. Düşünürəm ki, bu görüşün yekunlarına əsasən bir çox müsbət nəticələrə nail olmaq mümkündür", - deyə Amerika lideri bildirib.