Putinin Trampla görüşü başladı - 9 ildə səkkizinci dəfə

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş başlayıb.

Bu barədə TASS məlumat yayıb.

Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.

Bu, 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində keçirilən sammitdən sonra Putin və Trampın ilk üzbəüz görüşüdür. Ümumilikdə isə iki lider son 9 ildə, yəni Trampın hər iki prezidentlik müddətində səkkizinci dəfə bir araya gəlirlər.

Qeyd edək ki, noyabrın 18-də Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Liderlər bir-birinin əlini sıxıb və bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar.

Budəfəki görüş isə nümayəndə heyətlərinin iştirakı ilə daha geniş formatda keçirilir.