Tramp İranla uzunmüddətli saziş İSTƏYİR

ABŞ Prezidenti Donald Tramp İranla gələcək hökumət dəyişikliklərindən sonra belə ABŞ-nin maraqlarını təmin edəcək uzunmüddətli müqavilə bağlamaq istədiyini bəyan edib.

Bu barədə ABŞ lideri "Fox News"a müsahibəsində danışıb.

Donald Tramp uzunmüddətli razılaşmanın mahiyyətini belə izah edib:

"Uzunmüddətli bir razılaşma istəyirəm... Əgər pis bir prezidentimiz, zəif bir prezidentimiz varsa, onu əvəz edəcək bir razılaşma istəyirəm".