Van Qoqun bu tablosu hərracda 190,4 milyon dollara satıldı

Niderlandlı dahi rəssam Vinsent Van Qoqun “Çiçəklənən şabalıd ağacları” adlı mənzərə tablosu Nyu-Yorkda keçirilən “Sotheby's” hərracında 190,43 milyon dollara satılıb.

Xarici mediaya istinadən, hərracın digər bahalı lotları arasında Pol Sezannın oğlu Polu təsvir etdiyi “Arlekin” tablosu da yer alıb. Bu əsərin yekun qiyməti 111 milyon dolları ötüb.

Bundan başqa, hərracda Pyer Oqyust Renuarın “Qayıqda gənc qadın” portreti 27,5 milyon dollara, Klod Monenin “Tüilri bağı” mənzərəsi 20,23 milyon dollara, Edqar Deqanın “Cıdır öncəsi” tablosu isə 18 milyon dollara satılıb.