ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpinlə qarşıdan gələn üçtərəfli görüşü səbirsizliklə gözlədiyini bildirib.
"ABC News"a istinadən, Tramp bu barədə Çinin Şençjen şəhərindəAsiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının plenar iclasında bildirib.
"Sədr Si və Prezident Putinlə bu gün baş tutacaq tarixi üçtərəfli görüşü səbirsizliklə gözləyirəm. Biz hər üç ölkə üçün yeni imkanları müzakirə edəcəyik", - Ağ Evin rəhbəri bildirib.
Tramp həmçinin qeyd edib ki, Vaşinqton bir sıra təşkilat üzvləri ilə enerji əməkdaşlığının genişləndirilməsi üzərində işləyir və yeni ticarət sazişlərinin bağlanacağını gözləyir.
Qeyd edək ki, sözügedən görüş tarixdə ABŞ, Rusiya və Çin liderlərinin bu formatda ilk üçtərəfli görüşü olacaq.