Putin: Dünya iqtisadiyyatının parçalanması yeni təhdidlər yaradır

Dünya iqtisadiyyatının parçalanması və onun sabitliyinə yönələn təhdidlərin artması fonunda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) birləşdirici rol oynamalıdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində keçirilən APEC sammitinin plenar iclasında bildirib.

“Dünya iqtisadiyyatının parçalandığı, onun sabitliyinə qarşı çağırış və təhdidlərin artdığı indiki mürəkkəb şəraitdə APEC birləşdirici rol oynamalı və əməkdaşlıq üçün konstruktiv gündəlik formalaşdırmalıdır”, – Putin vurğulayıb.