Keçmiş məcburi köçkün: "Bu gecə sevincimdən yatmamışam ki, Cəbrayıla qayıdırıq"

"1993-cü il avqustun 23-də övladlarımla birlikdə Cəbrayıl rayonunun Soltanlı kəndini tərk etmişik. Bu gün 71 yaşımda doğma torpağıma qayıdıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bizə bu sevinci yaşadan prezidentimizə təşəkkür edirəm".