"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?

Qurgen Tonunts 1922-ci il sentyabrın 2-də Tiflsdə doğulub.1938–1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub, paralel olaraq yerli teatr studiyasında çalışıb.1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb.Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri "Admiral Şeer"lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb.

Onun kino debütü 1947-ci ildə baş tutur.Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır.Təhsilini 1952-ci ildə başa vurur.

1952–1956-cı illərdə Qazaxıstanın Kustanay vilayətinin Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.1957-ci ildən Moskvada kinoaktyorlar üçün təşkil edilən teatr studiyasında aktyorluq edib.

1957-ci ildə ilk dəfə "Şəxsən tanış olan" filmində "Kamo" rolu Qurgen Tonuntsa məşhurluq gətirir. Filmdə o, erməni inqilabçı Kamo obrazını canlandırır.

Tonunts məktəbdən sonra Murmansk Ali Dənizçilik məktəbinə gedir. Dəfələrlə o, çətin şimal səfərlərində, "Sedov" paroxodunun buzlardan azad olunmasında iştirak edib və Dikson, Şpitsbergen, Frans-İosif torpağı adalarında, Kolımada olub. Böyük Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda, o cümlədən, "Dejnyov" buzqıran paraxodunun heyətində ağır alman kreyseri "Admiral Şeer"lə toqquşmasında iştirak edir.Bir neçə qəfil hərbi əməliyyatların keçirilməsinə rəhbərlik edib.

Müharibədən sonra Qurgen Tonunts Gerasimov adına Ümumrusiya Kinematoqrafiya institutuna gəlir. Lev Kuleşovun qrupunda rejissorluq, Belokurovanın qrupunda isə aktyorluq dərsləri alan Qurgen aktyorluğa başlayır.

1959-cu ildə "Azərbaycanfilm"də çəkilən "Onu bağışlamaq olarmı?" filminə çağıraraq onu baş rola-Tərlan roluna çəkirlər.Əslində rejissor Rza Təhmasibin çəkdiyi bu film sovet ideologiyasının diqtəsi idi.Azərbaycan filmlərinə digər respublikalardan olan aktyorlardan da kimsə çəkilməliydi.Elə tamaşaçılarımız da onu məhz bu filmdən sonra daha yaxından tanıyırlar.

Qurgen Tonunts 1997-ci il sentyabrın 21-də Moskvada vəfat edib.Troekurov qəbirstanlığında dəfn olunub...