İsrail Qəzzanın mərkəzində əməliyyata başladı

İsrail Müdafiə Qüvvələri (İMQ) və İsrail Baş Təhlükəsizlik Xidməti Qəzza zolağının mərkəzindəki Sarı Xəttin qərbində HƏMAS-ın hərbi hədəflərini məhv etmək üçün "hədəf əməliyyatı"na başlayıb.

Əməliyyatın hədəfi İsrail təhlükəsizlik qüvvələrinə təhlükə yaradan" HƏMAS obyektləridir.

“The Times of Israel” qəzeti yazır ki, İsrail tankları və zirehli texnikaları 2025-ci ilin oktyabrında Fələstin anklavında atəşkəs sazişi qüvvəyə mindikdən bəri ilk dəfə Qəzza zolağının mərkəzinə doğru irəliləyib.