Cütlüklərdən birinin münasibətlərə marağının azalmasına işarə edə biləcək əlamətlər açıqlanıb.
Ilk növbədə insanın davranışındakı dəyişikliklərə diqqət yetirmək lazımdır.
Partnyor daha tez-tez əsəbiləşə, qarşı tərəfdən uzaqlaşa və ya əksinə, gözlənilmədən həddindən artıq qayğıkeş davranmağa başlaya bilər.
Telefonla davranışdakı dəyişikliklər də diqqət çəkən məqamlardandır. Məsələn, həmin şəxs telefonun ekranı gizlətməyə və ya əvvəllər məlum olmayan parol qoymağa başlayırsa, bu, müəyyən suallar yarada bilər.
Bundan əlavə, münasibətlərdə diqqətin, yaxınlığın və birgə planların azalması da düşünmək üçün əsadır.
Bununla belə, mütəxəssislər tələsik nəticə çıxarmamağı və gizli şəkildə sübut toplamağa çalışmamağı tövsiyə edib.
Bildirilib ki, yoxlamalar aparmaq əvəzinə partnyorla sakit şəkildə danışmaq, münasibətlərdə nələrin dəyişdiyini və hansı məsələlərin narahatlıq doğurduğunu müzakirə etmək məsləhət görülür.
Belə söhbət çətin olsa da, münasibətlərdə əvvəlki yaxınlığı bərpa etməyin mümkün olub-olmadığını anlamağa kömək edə bilər.