Qazaxda ölənlərin ikisi azyaşlıdır

Qazaxda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb.

TƏBİB-dən bildirilib ki, onlardan biri Kəmərli kənd sakini 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğludur.

Onun idarə etdiyi avtomobildə ölənlərdən birinin öz qızı 2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər, digərinin isə bacısı oğlu 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu olduğu bilirilir.