Əkrəm İmamoğlunun cəzası bəlli oldu

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Növbəti Qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılan məhkəmə işi üzrə hökm elan olunub.

Bu barədə "Haber Qlobal" məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun da olduğu 9 nəfər "Seçki Qanununu pozma" cinayətinə görə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.