Qazaxıstan komandası "Qarabağ"ı darmadağın etdi

"Qarabağ"ın əvəzedici komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Maksim Medvedevin rəhbərlik etdiyi kollektik "Akas"ın U-19 komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Qazaxıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ-2" əvəzedicilər liqasında 8 tur ərzində 21 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.