"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "Lexus" markalı avtomovil yolu keçməkdə olan rayonun Qarağacı kənd sakini 1994-cü il təvəllüdlü Qasımov Fərid Əfqan oğlunu vurub. Sürücünün Bərdə doğum evində həkim işləyən Aynur Həsənova olduğu bildirilir.
Yaralı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna aparılıb.
Faktla bağlı araşdırma başlanılıb.