Çinin Şençjen şəhərində yerləşən “Conrad” hotelinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, APEC sammiti zamanı Vladimir Putinin iqamətgahı məhz bu hoteldə yerləşəcək.
Məlumata görə, hotelə gedən bəzi yollar və yerüstü piyada keçidi bağlanıb. Ərazidə, o cümlədən motosikletli patrullar olmaqla, polis əməkdaşları növbə çəkir.