Türkiyənin Qars şəhərində çayxanada baş verən qeyri-adi hadisə diqqət çəkib.
Yerli KİV-ə istinadən, şiddətli diş ağrısından əziyyət çəkən şəxsə kömək etmək istəyən dostları qeyri-adi üsula əl atıblar.
Belə ki, nə diş həkiminə müraciət edilib, nə də hər hansı keyitmə proseduru aparılıb. Ağrıyan diş çayxanada tapılan kəlbətin vasitəsilə çəkilib.
Həmin anlar lentə alınıb.