Antalya, 18 noyabr, AZƏRTAC Rusiyanın “Azimuth Airlines” aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə səfər edən sərnişin təyyarəsində bomba olması barədə xəbərdarlıq edilib.AZƏRTAC xəbər verir ki, “Sukhoi Superjet 100” tipli, RA-89120 qeydiyyat nömrəli təyyarədə 65 sərnişin və 4 ekipaj üzvü olub.Xəbərdarlıqdan sonra təyyarə təhlükəsizlik tədbirləri görülməklə Antalya hava limanına enib.Təyyarə təhlükəsiz əraziyə çəkildikdən sonra bomba mütəxəssisləri tərəfindən axtarış aparılması nəzərdə tutulub. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya