Bakı, 18 noyabr, AZƏRTAC Xarıbülbül yalnız Qarabağa məxsus bitki deyil, Azərbaycanın bir sıra digər bölgələrində də təbii şəraitdə yayılıb. Şabran, Şamaxı və Böyük Qafqazın müxtəlif ərazilərində bu bitkiyə rast gəlinir. Bununla belə, Qarabağla tarixi və mədəni bağlılığı Xarıbülbülü xalqımızın milli rəmzlərindən birinə çevirib. AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu Herbari fondunun təşkili və rəqəmsallaşdırılması laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani məlumat bildirib. Qeyd edib ki, Xarıbülbül səhləbkimilər (Orchidaceae) fəsiləsinə aid çoxillik ot bitkisidir. Xalq arasında Xarıbülbül adı ilə tanınan bitkilər arasında Qafqaz qaşsəhləbi (Ophrys caucasica), arı qaşsəhləbi (Ophrys apifera) və digər növlərə rast gəlinir. Bu adın ümumiləşmiş şəkildə işlədilməsi bitkinin müxtəlif növlərinin tanınmasında elmi yanaşmanın vacibliyini ortaya qoyur. Onun sözlərinə görə, Xarıbülbül nadir və qorunmağa ehtiyacı olan bitkilər sırasındadır. Onun öyrənilməsi, xüsusilə genetik xüsusiyyətlərinin tədqiqi müəyyən çətinliklərlə müşayiət olunur. Populyasiyalarda fərdlərin sayının az olması səbəbindən bitkilərin təbii mühitindən götürülməsi məqsədəuyğun hesab edilmir. Bəzi ərazilərdə cəmi 5-10 bitkiyə rast gəlinir. Buna görə də onların təbii populyasiyalarının qorunması elmi tədqiqatların əsas şərtlərindən biridir. Xarıbülbülün təbii şəraitdə inkişafı və çoxalması torpaqda yaşayan mikroskopik göbələklərlə sıx bağlıdır. Bitki bu göbələklərlə simbioz həyat tərzi keçirir. Onun torpaqdan çıxarılaraq başqa ərazidə əkilməsi zamanı kök yumrularının ətrafındakı təbii mühitin və mikorizal əlaqələrin pozulması bitkinin məhvinə səbəb ola bilər. Bu səbəbdən Xarıbülbülün kökündən çıxarılması və təbii arealından götürülməsi onun qorunması baxımından ciddi risk yaradır.İnstitutun həyətində də məhdud sayda Xarıbülbül nümunəsinin introduksiya edildiyi, lakin onların inkişaf və çoxalma prosesinin ləng getdiyi diqqətə çatdırılıb. Bu fakt bitkinin süni şəraitdə artırılmasının asan olmadığını, onun ekoloji tələbatlarının və göbələklərlə qarşılıqlı əlaqələrinin dərindən öyrənilməsinə ehtiyac olduğunu göstərir. Xarıbülbülün yayılma areallarının və populyasiya dinamikasının müəyyənləşdirilməsi də mühüm tədqiqat istiqamətlərindəndir. Mütəxəssis bildirib ki, bitki əsasən orta dağ qurşağında yayılır, düzənlik ərazilərdə isə ona daha az rast gəlinir. Qarabağda bəzi ərazilərin hələ də mina təhlükəsindən tam təmizlənməməsi burada floristik tədqiqatların aparılmasını çətinləşdirir. Bu vəziyyət bitkinin sayının müəyyənləşdirilməsinə, yayılma arealının dəqiqləşdirilməsinə və populyasiyaların vəziyyətinin müntəzəm izlənilməsinə mane olur. Qeyd edilib ki, Qarabağın nadir bitki növlərinin qorunması istiqamətində toxum banklarının da əhəmiyyəti böyükdür. Xarıbülbülün toxum nümunələri Botanika İnstitutunun toxum bankında saxlanılır. Bununla belə, bitkinin genetik ehtiyatlarının daha geniş miqyasda öyrənilməsi və genetik bankının yaradılması məsələləri üzrə müvafiq elmi qurumların iştirakı vacibdir.O vurğulayıb ki, Xarıbülbülün Qarabağla assosiasiya olunması onun məhz bu bölgəyə xas olması ilə deyil, tarixi-mədəni ənənələrlə bağlıdır. Xüsusilə Şuşada fəaliyyət göstərmiş istirahət məkanlarında yerli sakinlərin qonaqlara Xarıbülbüldən kiçik dəstələr hazırlayaraq hədiyyə etməsi bu gülün tanınmasında mühüm rol oynayıb. Müxtəlif bölgələrdən və xarici ölkələrdən gələn qonaqlar bitkini Şuşa ilə əlaqələndirərək onun şöhrətinin daha geniş yayılmasına töhfə veriblər. Alimlərin apardıqları tədqiqatlar nəticəsində Xarıbülbülün Azərbaycanın müxtəlif bölgələrində yeni yayılma arealları da müəyyənləşdirilib. Bitkinin Samur-Dəvəçi ərazisində, Abşeronda, Qobustanda, Kiçik Qafqazın cənubunda, Böyük Qafqazın şərq və Quba hissələrində yayılmasına dair məlumatlar əldə olunub. Bu nəticələr Xarıbülbülün coğrafi yayılmasının daha geniş olduğunu göstərir. Mütəxəssis hesab edir ki, Qarabağ əraziləri minalardan tam təmizləndikdən sonra burada sistemli floristik tədqiqatların aparılması, Xarıbülbülün populyasiya dinamikasının, morfoloji xüsusiyyətlərinin və ekoloji mühitinin daha ətraflı öyrənilməsi mümkün olacaq. Sonda bildirilib ki, Xarıbülbül Azərbaycanın qiymətli təbii sərvətlərindən biridir və onun qorunması yalnız alimlərin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Nadir və endemik bitkilərin təbii areallarında mühafizəsi, onların qanunsuz toplanmasının qarşısının alınması və biomüxtəlifliyə həssas münasibətin formalaşdırılması gələcək nəsillər üçün bu zənginliyin qorunmasının əsas şərtlərindəndir. Müxbir- Tünzalə Arazlı
Bu gün
1155 xəbər bu gün
Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib. “Qafqazinfo.az”a istinadən, onun meyiti noyabrın 18-i saat 19…
Hazırda daxili avtomobil bazarında durğunluq müşahidə olunur. Bunu bəzi ekspertlər təklifin tələbi üstələməsi, o cümlədən iqtisadi aktivliyin azalması ilə izah edirlər. Bəs hansı avtomobillərə hazırda maraq daha azdır?…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF)tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə…
Azərbaycanda sənədsiz mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı daşınmaz əmlak bazarında aktual problemlərdən biri olaraq qalır. Qiymətinin nisbətən ucuz olması və satıcıların müxtəlif vədləri bəzi vətəndaşları belə…
Dövlət-Biznes Əməkdaşlığı Forumunun əsas məqsədi dövlət qurumlarının biznesə dəstək mexanizmlərini, əməkdaşlıq imkanlarını, işəgötürənlərə təqdim olunan dəstək alətlərini, eləcə də əmək bazarında biznes birlikləri və…
ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinin plenar iclasında mürgülədiyini əks etdirən görüntülər yayılıb. Hadisə noyabrın 19-da səhər saatlarında Çinin Şençjen…
Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Şençjen şəhərində keçirilən görüş başa çatıb. Danışıqlar “Tsilin Şançjuan” iqamətgahında baş tutub. Ağ Evin mətbuat xidməti "X" sosial şəbəkəsində də görüş…
Azərbaycanda bir sıra ali təhsil müəssisələrinə qadın rektorlar rəhbərlik edir. Hazırda onların sırasında dövlət və özəl universitetlərin rəhbərləri də var. Trend-in araşdırmasına görə, hazırda qadın rektorların…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Modern.az-a…
Bu il Azərbaycanda 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox “web defacement” və DDoS hücumu qeydə alınıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini…
Son dövrlərdə Azərbaycanın informasiya resurslarına kiberhücumlar həyata keçirilib. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD…
Bu gün Azərbaycan I Liqasında VIII tura start veriləcək. Turun ilk oyun günündə üç qarşılaşma keçiriləcək.MOİK “Səbail”i, “Mingəçevir” isə “Baku Sportinq”i qəbul edəcək.Günün əsas oyunu Xankəndidə baş tutacaq. Şəhərin…
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, piyada zolağından yolu keçmək istəyən 2010-cu il təvəllüdlü qızı avtomobil vurub.Müxtəlif dərəcəli bədən xəsarətləri…
XX əsrdə ABŞ-nin nəzarətində olan Puerto-Rikoda onilliklər ərzində həyata keçirilən sterilizasiya siyasəti tarixdə qadın hüquqlarının ən ciddi pozuntularından biri kimi qiymətləndirilir. Əhali artımına nəzarət və…
“Ən müasir hücumlar sərhədləri, yoxsa serverləri keçəcək?! Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır”. Bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Həsən Mansurov…
Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib. Onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sfera.az -a…
По словам Симоняна, стороны обсудят технические аспекты взаимодействия и возможные направления сотрудничества.
Азербайджан и Армения и рассматривают возможность придания институционального характера сотрудничеству по выяснению судеб пропавших без вести. Об этом заявил премьер-министр Армении Никол Пашинян на международной...
Президент Украины Владимир Зеленский заявил, что президент США Дональд Трамп выбрал более мягкую тактику диалога с российским лидером Владимиром Путиным, тогда как от Киева постоянно...
Премьер-министр Армении Никол Пашинян вновь выступил с громкими заявлениями относительно перспектив подписания мирного соглашения с Азербайджаном, будущего армянской государственности и собственной политической карьеры…
Прочное международное партнерство позволяет каждому государству получать доступ к возможностям, которыми оно самостоятельно не располагает, развивать компетенции для их применения на национальном уровне и укреплять…
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat…
Кибердипломатия становится одним из важнейших стратегических инструментов содействия ответственному поведению государств в киберпространстве, управления трансграничными рисками и укрепления доверия.
В Азербайджане 20 ноября планируется полностью завершить выплату пенсий по всей республике. Об этом сообщили в Государственном фонде социальной защиты при Министерстве труда и социальной защиты населения. В этот же день…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Day.Az-a…
В Телеграм-канале "Бакинский Бурила" размещена публикация об Ануш Аракелян. Day.Az представляет публикацию: Члену альянса "Айастан", белокурой Ануш Аракелян, пора немедленно бежать к психиатру. Не "когда-нибудь", не "по…
Azərbaycanda bir sıra ali təhsil müəssisələrinə qadın rektorlar rəhbərlik edir. Hazırda onların sırasında dövlət və özəl universitetlərin rəhbərləri də var.
На аукционе Sotheby's картина Винсента Ван Гога "Цветущие каштаны" (Chataigniers en fleurs) была продана за рекордные $190,4 млн, пишет The Guardian со ссылкой на аукционный дом, передает Day.Az со ссылкой на Ведомости.
Liderlər
Elçin Bayramlı
DSMF
Eldar Əzizov
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya məşhur GQ jurnalı tərəfindən "2026-cı ilin adamı" elan edilib.
Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəli şəkildə vəfat edib.
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarını Azərbaycan hökumətinə qaytarmaq qərarına gəlib…
UBS Global Wealth Management S&P 500 indeksinin 2027-ci ilin sonunadək 8200 bəndə çatacağını gözləyir. Reuters yazır ki, buna dayanıqlı iqtisadi artım və şirkətlərin sabit maliyyə göstəriciləri təkan verəcək. Lakin…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə nazirlikdən…
Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib. Qafqazinfo.az-a istinadən, onun meyiti noyabrın 18-i saat 19…
Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəli şəkildə vəfat edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə nazirlik məlumat…
Vladimir Putin və Donald Tramp Ukrayna böhranını müzakirə ediblər / TRT Azerbaycan
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum / TRT Azerbaycan