“Real Madrid” Arda Gülərlə müqaviləni uzatdı

Arda Gülərin “Real Madrid”lə yeni müqaviləsinin müddəti açıqlanıb.

Madrid klubu Türkiyə millisinin yarımmüdafiəçisi ilə anlaşmanı 2032-ci ilin yayına qədər uzadıb.

21 yaşlı futbolçu 2023-cü ildən İspaniya nəhəngində çıxış edir.