PSJ-nin qapıçısı 2026-cı ilin ən yaxşı qolkiperləri siyahısına düşdü

Fransanın PSJ klubunda çıxış edən rusiyalı qapıçı Matvey Safonov 2026-cı ilin ən yaxşı qapıçısı adına namizədlər sırasına daxil edilib.

O, "Globe Soccer Awards" mükafatının müvafiq kateqoriyası üzrə açıqlanan 10 nəfərlik qısa siyahıda yer alıb.

Namizədlər arasında aşağıdakı qapıçılar var:

- Dioqo Koşta – "Portu" və Portuqaliya millisi;

- Tibo Kurtua – "Real" və Belçika millisi;

- Canluici Donnarumma – "Mançester Siti" və İtaliya millisi;

- Xoan Qarsiya – "Barselona" və İspaniya millisi;

- Qreqor Kobel – Dortmund "Borussiya"sı və İsveçrə millisi;

- Mayk Menyan – "Milan" və Fransa millisi;

- Emiliano Martines – "Çelsi" və Argentina millisi;

- David Raya – "Arsenal" və İspaniya millisi;

- Matvey Safonov – PSJ və Rusiya millisi;

- Unai Simon – Bilbao "Atletik"i və İspaniya millisi.