Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.
Bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyin edilib.
Bu barədə o sosial şəbəkə hesabında bildirib:
"Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm" , - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi.