Trampın kürəkəni və xüsusi elçisi Çinə gedə bilmədilər

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçisi Stiv Uitkoffun Çində olması planlaşdırılırdı, lakin onlar Avropa nümayəndələri ilə danışıqlar apardıqları üçün bu ölkəyə gedə bilməyiblər.

Bu barədə 18 noyabrda Rusiya prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kiril Dmitriyev bildirib.

"Stiven Uitkoff və Cared Kuşner Amerika nümayəndə heyətinin tərkibində olmalı idilər, lakin onlar hazırda avropalı tərəfdaşlarla işləyir və onlara Avropa təhlükəsizliyinin mümkün strukturunu izah edirlər", - deyə o bildirib.

Onun sözlərinə görə, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən kənar işlər davam edir, lakin "bütün diqqət, şübhəsiz ki, Çinin Şençjen şəhərində baş verən hadisələrə yönəlib".

Dmitriyev, həmçinin Avropa təhlükəsizliyinə yanaşmalar üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, məhz buna görə də Uitkoff və Kuşner sammitdə iştirak etməyəcəklər.