Gülarənin ögey qardaşı onunla eyni universitetdə təhsil alırmış

Bakıda gənc rəssamın ölümünün yeni təfərrüatı məlum olub.

Oxu.az-a istinadən, qətl hadisəsində şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev və bacısı tələbə olublar.

A.Mehdiyev universitetin 1-ci kursunda, bacısı isə 3-cü kursda oxuyublar.

Hadisə vaxtı qardaş və bacısı evdə tək olublar. İlkin məlumata görə, Ayxan bacısının ürəyinə və boğaz nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Gülarə Mehdiyeva xəstəxanaya çatdırılsa da, orada ölüb.