Bakının Xətai rayonunda 8 Noyabr prospekti boyunca uzanan Keşlə yağış kollektorunun bərpası və yenidən qurulması işləri başa çatmaq üzrədir.
Bu barədə “Böyük Şəhərlərin Su Təchizatı” ASC-dən məlumat verilib.
İşlər infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılmasına, kollektorun suötürmə qabiliyyətinin artırılmasına və yağış sularının idarə edilməsinin səmərəliliyinin yüksəldilməsinə yönəlib.