XİN başçısı: Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dolları ötüb

Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib, onların 210-u hazırda aktiv fəaliyyət göstərir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib.

“2026-cı ilin ilk doqquz ayında isə bu göstərici təxminən 1 milyard dollara çatıb”.

Ceyhun Bayramovun sözlərinə görə, Almaniyadan Azərbaycana indiyədək yatırılan investisiyaların həcmi 950 milyon dollara yaxın olub:

“Azərbaycan tərəfindən Almaniyaya isə 670 milyon dollardan artıq sərmayə qoyulub”.