Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1968-ci il təvəllüdlü Zakir Əsəd oğlu Kərimovun meyiti dostunun evində, hamam otağında aşkar edilib.

Onun çimərkən dəm qazından boğulduğu ehtimal edilir.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.