Millətlər Liqası yeni mərhələdə…

UEFA Millətlər Liqasının 2026-2027 mövsümündə qrup mərhələsi başa çatıb.

Medianews.az bildirir ki, A liqasında yarışan Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya, Norveç milli komandaları dörddə bir finala adlayıb, Türkiyə, Çexiya ələnib, Danimarka, Xorvatiya, Uels, Serbiya liqada qalmaq oyunları keçirəcək.

B liqasında yer alan İsveçrə, Şimali İrlandiya, Avstriya, İsveç A liqasına yüksəlib, Sloveniya, Macarıstan, İrlandiya, Bosniya ora çıxış, Şimali Makedoniya, Gürcüstan, İsrail, Rumıniya liqada qalmaq oyunları keçirməli olacaq.

C liqasında start götürmüş Albaniya, Monteneqro, Slovakiya, İslandiya B liqasına çıxıb, Belarus, Kipr, Farer adaları, Estoniya ora yüksəliş oyunlarına vəsiqə alıb.

Ləğv olunacaq D liqasının bütün komandaları, o cümlədən Azərbaycan 2028-2029 mövsümündə C liqasında oynayacaq.

Əlavə oyunlar və dörddə bir final 2027-ci ilin 25-30 martına, final raundu 9-13 iyununa təyin olunub.

Millətlər Liqasının 2018-2019 və 2024-2025 mövsümlərini Portuqaliya, 2020-2021 mövsümünü Fransa, 2022-2023 mövsümünü İspaniya udub.