QDTİB Azərbaycandakı layihələrə 722,8 milyon avro vəsait ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində ödədiyi vəsaitin həcmi 2026-cı il oktyabrın 31-nə olan məlumata görə, 722,8 milyon avroya çatıb.

Bu barədə bankın portfel məlumatlarında bildirilir.

Ümumilikdə, Azərbaycanda QDTİB-in Direktorlar Şurası tərəfindən ümumi dəyəri 461 milyon avrodan çox olan 45 layihə təsdiqlənib. İmzalanmış layihələrin sayı 47-yə, onların ümumi dəyəri isə 457,8 milyon avroya çatıb.

Ödənişlərin həyata keçirildiyi layihələrin sayı 42, faktiki ödənilmiş vəsaitin həcmi isə 722,8 milyon avro təşkil edib.

QDTİB-in Azərbaycandakı portfelinin əsas hissəsi maliyyə institutlarının payına düşür. Bu sektorun xüsusi çəkisi 50,25 faizdir.

Portfeldə ikinci ən böyük istiqamət 35,25 faizlə energetika sektorudur. Sonrakı yerlərdə daşınmaz əmlak (6,92 faiz), gündəlik tələbat malları (3,92 faiz) və qeyri-ərzaq istehlak malları (3,66 faiz) qərarlaşıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən yaradılmış beynəlxalq maliyyə institutudur. Azərbaycan bankın təsisçi ölkələri sırasındadır.