Ağ Evdən Trampın Kim Çen İnlə görüşəcəyi barədə açıqlama

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazırdır. Vaşinqton belə bir görüşün keçirilməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

Bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tramp Şimali Koreya ilə mövcud problemlərin həllində dialoq və əməkdaşlığın vacibliyini vurğulayır.

Rubio qeyd edib ki, hələlik görüşün konkret vaxtı müəyyənləşdirilməyib, lakin ABŞ Prezidenti belə bir görüşə hazırdır.