Ukrayna ordusunun Krım körpüsünə endirdiyi ardıcıl zərbələrin video-görüntüsü yayıldı...+VİDEO

Xəbər verildiyi kimi, Ukrayna ordusu 17 noyabr 2026-cı ildə Rusiyanın işğal altındakı Krımı Rusiya ilə birləşdirən Kerç (Krım) körpüsünə genişmiqyaslı hücum həyata keçirib.

Moderator.az Ukrayna və dünyanın aparıcı KİV-ə istinadla bu barədəki xəbərlərin qısa xülasəsini və Krım körpüsünə ardıcıl zərbələri əks etdırən video-görüntünü təqdim edir.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumatına görə, əməliyyat əvvəlcədən hazırlanıb və bir neçə mərhələdən ibarət olub. Hücum zamanı Ukraynanın "Flamingo", "Palianytsia", "Neptun" və "Ruta" sistemlərindən istifadə edildiyi bildirilir. Ukrayna tərəfi əməliyyatdan əvvəl Rusiyanın hava hücumundan müdafiə və radar sistemlərinin zəiflədildiyini iddia edir.

Zərbə nəticəsində körpünün avtomobil yolu hissəsinin əsas konstruksiyaları dağılıb, dəmir yolu hissəsinə də ziyan dəyib. Avtomobil hərəkəti dayandırılıb, dəmir yolu əlaqəsində isə fasilələr yaranıb.

"Reuters", "Associated Press" və "The Guardian" hadisəni işıqlandırıb. Rusiya tərəfi də körpünün zədələndiyini və hərəkətin məhdudlaşdırıldığını təsdiqləyib.

Hücumun əsas hərbi əhəmiyyəti Rusiyanın Krımdakı qoşunlarının təchizatında mühüm rol oynayan nəqliyyat dəhlizinə zərbə vurulmasıdır. Körpünün sıradan çıxması Rusiyanı alternativ quru marşrutlarından daha geniş istifadə etməyə məcbur edə bilər.

Qeyd edək ki, əməliyyatın bütün texniki təfərrüatları və istifadə olunan silahların konkret rolu hələ müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

S.Laçın