Dünya bazarında qızılın qiymətində ucuzlaşma qeydə alınıb. Qiymətli metalın bir troya unsiyasının dəyəri son bir ildən artıq müddətdə müşahidə edilən ən aşağı səviyyələrdən birinə enib.
COMEX birjasında 2026-cı ilin dekabr ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 06:06-da 1,44 faiz azalaraq bir troya unsiyası üçün 3 841,5 dollar təşkil edib.
Daha sonra cuzlaşmanın sürəti bir qədər zəifləyib. Bu zaman qızılın bir troya unsiyasının qiyməti 1,3 faiz geriləyərək 3 803 dollara düşüb.
Qeyd edək ki, qızılın bir troya unsiyası üzrə fyuçers qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə 3 800 dollar həddinə yaxınlaşıb.