Rüfət Xəlilzadə: "Sənət adamı düşünməməlidir ki, sabah çörək pulunu haradan tapacaq" - Foto/Video

"Bəziləri rəqsə elə-belə sahə kimi baxırlar. Bəzən elə düşünürlər ki, rəqqaslar neynirlər ki, hoppanıb-düşürlər. Əslində isə elə deyil. Rəqs yeganə sənətdir ki, burada milli musiqimiz, geyimlərimiz, adət-ənənələrimiz, folklorumuz, etnoqrafiyamız cəmlənib. Rəqs çox strateji bir şeydir, çünki canlı tarixdir".