Bakı, 18 noyabr, AZƏRTACKanada Ukraynaya silah və sursat tədarükü üçün əlavə 31,5 milyon dollar vəsait ayırıb. Həmçinin Kiyevə yerli istehsal olan 1,6 milyon patron veriləcək.AZƏRTAC xəbər verir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.Sənədə əsasən, Çexiyanın Ukrayna Silahlı Qüvvələrini sursatla təmin etmək təşəbbüsü çərçivəsində 45 milyon Kanada dolları (31,5 milyon ABŞ dolları) ayrılacaq. Bundan əlavə, MX-15D hədəf təyinetmə sistemlərinin alınmasına 80 milyon Kanada dolları (55,9 milyon ABŞ dolları) yönəldiləcək.Bununla da Kanadanın 2022-ci ilin fevralından bəri Ukraynaya silah tədarükü üçün ayırdığı vəsaitin ümumi məbləği 5,9 milyard dolları ötüb.