Türkiyədə zəlzələ olub

Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar noyabrın 17-də yerli vaxtla saat 18:57-də baş verib. Zəlzələnin episentri Van gölündə, Gevaş rayonu yaxınlığında, ocağı isə 13,61 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.