Ukraynanın özünü müdafiə etməsinin vacib olduğunu düşünürəm. Bu həmçinin logistika qovşaqlarına zərbələr endirilməsi deməkdir. Buna görə də, əlbəttə, nə baş verdiyini anlamalıyıq. Amma ən azı mediada yayılan kadrlara əsasən, görünür ki, onlar uğur əldə ediblər.
Bunu NATO baş katibi Mark Rutte Ukraynanın Krım körpüsünə hücumunu şərh edərkən deyib.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Krım körpüsünə zərbələr endirib. Zərbələr nəticəsində tağla yanaşı, körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsinin tamamilə uçdub, gəmi keçidi isə körpünün dağıntıları səbəbindən bağlanıb.