Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlama yayıb.

Məlumata əsasən, yeraltı təkanlar noyabrın 17-də yerli vaxtla saat 18:57-də qeydə alınıb. Zəlzələnin episentri Van gölündə, Gevaş rayonu yaxınlığında müəyyən edilib. Yeraltı təkanların ocağı 13,61 kilometr dərinlikdə yerləşib.

İlkin açıqlamaya görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb.