Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-a istinadən, hadisə rayonun Kür yolu adlanan ərazisində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.