Məşhur rusiyalı bloqer və model Mariya Poqrebnyak əməliyyatdan dərhal sonra TNT telekanalında yayımlanan “İdeal qarət” realiti-şousunda iştirak etdiyini açıqlayıb.
O, bu barədə TNT-də yayımlanan “Səhər” verilişinin efirində danışıb.
““İdeal qarət”də əməliyyatdan sonra iştirak edirdim. Antibiotik qəbul edirdim, yorğanın altına girib ağrıdan ağlayırdım. Bir məqamda vəziyyətim çox ağırlaşdı. İsti havalar başladı, əməliyyatdan sonra yaranmış yara irinləməyə başladı və başa düşdüm ki, orqanizmimdə artıq ciddi iltihabi proses gedir”, – deyə bloqer bildirib.
Poqrebnyak əlavə edib ki, səhhətindəki problemləri digər iştirakçılardan gizlədib. O, realiti-şouda iştirak etməyi çox istədiyi üçün ağrılara və özünü pis hiss etməsinə baxmayaraq, buna dözdüyünü etiraf edib.
Bundan əvvəl Poqrebnyak ona şok yaradan diaqnoz qoyulduğunu açıqlamışdı. Model pnevmoniyaya tutulduğunu bildirmişdi.